manera.az
manera.az

Tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM

Tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə müəyyən edilən təqaüdlərin məbləğləri aşağıdakı kimi artırılıb:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manatdan 360 manata:

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manatdan 216 manata;

ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə – 170 manatdan 204 manata;

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manatdan 174 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manatdan 144 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manatdan 96 manata;

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 156 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manatdan 132 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manatdan 60 manata;

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manatdan 90 manata;

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manatdan 72 manata;

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manatdan 60 manata.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31