manera.az
manera.az

Onlar gələcəyin həqiqətidi - Kəmalə Abıyeva yazır

Onlar gələcəyin həqiqətidi - Kəmalə Abıyeva yazır
Könüllü döyüşçü Əhəd Ağayev

Ağayev Əhəd Bilal oğlu Motalayataq kəndində 1986-cı il yanvarın 17-də dünyaya gəlib. Sarvan Qurbanov adına Motalayataq kənd tam orta məktəbinin məzunudur.

İkinci Qarabağ savaşının könüllülərindəndir.
Əhədin atası Bilal Ağayev uzun illər Motalayataq kənd məktəbinin direktoru olub.

Bir ziyalı kimi bütün el-obanın hörmətini qazanan Bilal müəllim 12 övlad böyüdüb: 7 oğlan, 5 qız.

Ailənin böyük oğlu Kamal Ağayev orta məktəbi qızıl medalla bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub. 1992-ci il məzun olduqdan sonra cəbhəyə getmək üçün Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib. Həmin ilin oktyabr ayından həkim kimi Ağdarədə 2 saylı Hərbi Atəşkəsə qədər Cərahiyyə Hospitalının reanimasiya şöbəsində işləyib. Hospital Tərtər Mərkəzi xəstəxanasına köçürüləndən sonra könüllü olaraq orda çalışıb. Neçə-neçə yaralı əsgərimizi həyata qaytarıb.

Ailənin ikinci oğlu Kazım Ağayev də Birinci Qarabağ savaşının könüllülərindəndir. 1992-1996-cı illərdə hərbidə çox uğura imza atıb.

Bilal müəllimin məzunları da, övladları da vətənsevərdi. Çünki onun başlıca məqsədi vətənpərvər şəxsiyyət - vətəndaş yetişdirmək olub.
Belə ailədə böyüyən Əhəd başqa cür ola bilməzdi.

Abbas Rövşən oğlu İbrahimli 2-ci Qarabağ savaşına könüllü olaraq qeydiyyatdan keçib. Göstərdiyi şücaətlərə görə Füzuli, Cəbrayıl, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub: Bizi nisbətən gec çağırdılar. Hərbi Komissarlıqla əlaqə saxlayırdıq. Gecələr belə yatmırdıq. “Necə yatmaq olar? Biz niyə yatırıq” - deyirdi. Döyüşlər vaxtı da beləydi: “Döyüşməliyik. Niyə yataq ki? Döyüşməyə gəlmişik” – sözü bu idi. Oktyabrın 9-da birgə yola düşdük. Bizi Ağcabədidə N saylı hərbi hissədə yerləşdirdilər. Könüllülər çox olduğundan bir yatağı bölüşməli olduq onunla. Qorxmaz, səmimi insan idi.
Onlar gələcəyin həqiqətidi - Kəmalə Abıyeva yazır
Özünü deyil, başqalarını düşünərdi. Füzuli istiqamətində gedən döyüşlərə qatıldıq. Qızğın döyüşlər gedirdi. Əsil cəngavər kimi döyüşürdü Əhəd. Mən ağır yaralandım, hospitala düşdüm. Əhədin şəhid olmasını da sonra eşitdim. Döyüş yoldaşını itirmək çox ağırdı. Həm də hansı amal uğruna savaşıb şəhid olduğunu düşünəndə fərəh duyursan. Belə bir oğulu, vətənsevdalısını tanımaq, onunla döyüş yoldaşı olmaq qürurludu.

Abbas İbrahimli Astara Gənclər və İdman İdarəsinin Gənclərlə iş üzrə nümayəndəsi və könüllülər üzrə koordinatorudur.

Bacısı Gülvəs həsrətli, mehriban səslə danışdıqca Əhədi görürdüm elə bil: Birinci Qarabağ Müharibəsi haqda qardaşlarına həmişə suallar verirdi. Çox ağrıdırdı onu məğlubiyyətimiz. Deyirdi “mən döyüşəcəm və qalib olacam”. Ümumiyyətlə hər şeynən maraqlanırdı. Çox istiqanlı idi. Gözəl ailəmiz vardı. Biz təkcə bacı - qardaş kimi deyil, dost kimi böyümüşdük. Mehriban olmuşuq. 9 yaş məndən kiçik idi, amma bir yerə yanımda gedərdi.

Yaşına görə davranışları təmkinliydi. Cəbhəyə yola düşən gün mənə 5 dəfə zəng vurdu, müharibəyə getdiyini demədi. “Birdən məni apararlar döyüşə, övladlarım sizə əmanətdi” – dedi bircə. Könüllü yazıldığını da bilmirdim. Narahat oldum, xanımına zəng vurdum, öyrəndim ki, müharibəyə gedib.

Həyat yoldaşı da çox dəyərli xanımdı, mərd qızdı. Onu heç vaxt tək qoymarıq, amma 3 uşağın əziyyət yükü daha çox ona düşəcək. Bilirəm ki, qardaşımın adına layiq böyüdəcək övladlarını.

Əhəd bu böyük ailənin hörmətini qazanan Aysellə 2009-cu ildə tanış olub. 2011 - ci ildə cütlük ailə həyatı qurub. Bu sevgi dolu ailədə üç övlad dünyaya gəlib: Röyal, Roman və Məryəm Ağazadələr.

- Çox mehriban, zəhmətsevər, ailəcanlı idi Əhəd. Sadə, qəlbiaçıq, əliaçıq insandı. Çox xoşbəxt ailəmiz vardı. Amma vətənə də bağlı idi. 2016-cı il hadisələrində kəndimizə şəhid gəldi. O dəqiqə gedib könüllü yazıldı. İyul hadisələrində də çox həyəcan keçirdi. Onda da şəhidlərimiz oldu. Deyirdi:

“Onlar torpaq üçün canından keçir, biz evimizdə oturmuşuq”. Gedib hərbi komissarlığa müraciət etdi. Döyüşə getməyə can atıb həmişə. İkinci savaş başlayan gün onu aparmadılar, hər gün hərbi komissarlığa gedirdi ki, məni niyə çağırmırsız?

Dövləti üçün canından keçməyə hazır idi hər an. Sonuncu dəfə oktyabrın 26-da danışdıq. Bir-neçə gün xəbər olmadı. Noyabrın 1-də şəhid olduğunu öyrəndik. Üç övladımız var, getməyə bilərdi, amma getdi. Tək qalsam da onun bu mərdliyindən qürurlanıram.

Ağcabədidə 4 gün təlim keçdikdən sonra Cəbrayıl, Füzuli, Qubadlı, Xocəvənd uğrunda çətin döyüşlərdə iştirak edib. 1 noyabr 2020-ci ildə Xocavənd uğrunda savaşda şəhid olub. Birinci Qarabağ döyüşlərinin veteranı Kazım Ağayev: Özüm döyüş yolu keçmişəm. Müharibənin nə olduğunu bilirəm.

Bu haqda çox danışmazdım. Əhəd suallar verərdi həmişə. Qisas hissiylə yaşayırdı. Böyük qardaşım da, mən də veteranıq. Könüllülük bir ayrıdı. Böyük hissdi. Artıq kiçik oğlu deyir, ermənilər gəlsə onları qoymaram torpaqlarımıza.

Haqlıdır Roman. Əhəd kimi ataların oğulları boyüyür bu torpaqda. Onlar gələcəyin həqiqətidi.

Kəmalə AbıyevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031