Vətən Müharibəsi iştirakçılarına aylıq təqaüd veriləcək

2022-ci il yanvarın 1-dən Vətən Müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü (80 manat) veriləcək.
MANERA.AZ xəbər verir ki, Prezidentin müvafiq sərəncamında əksini tapan, yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.
Qeyd edək ki, "Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq.