manera.az
manera.az

Musiqili Teatr Servantesin əsərini səhnələşdirəcək

Musiqili Teatr Servantesin əsərini səhnələşdirəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar, SSRİ Xalq artisti Q.Qarayevin “Don Kixot” simfonik qravürü və dünya şöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında “Psix” tamaşasının məşqlərinə başlanılıb.

Teatrdan Manera.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Ər-Toğrul Kamalov, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev canlandıracaq. Teatrın gənc və istedadlı aktyorları – Nicat Əli (Sanço Pansa), Gültac Əlili (Dulsineya), Zaur Əliyev (Xidmətçi) də bu tamaşada maraqlı rolların ifaçıları olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930