manera.az
manera.az

Musiqili Teatrın sevilən tamaşaları... (YEKUN)

📅 28.04.2015 17:52

Musiqili Teatrın sevilən tamaşaları... (YEKUN)

Yekunlaşmaqda olan aprel ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında bir-birindən maraqlı 20-yə yaxın tamaşa nümayiş olunub.

“Ər və arvad” (Ü. Hacıbəyli), “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev), “Yatmış gözəl və cırtdanlar” (Ş. Perpo, səhnələşdirəni A. Sadıqov), “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts, tərc. C. Məmmədov), “Skapenin kələkləri” (J.B. Molyer), “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Qızıl toy” (O. Kazimi, R. Heydər) səhnə əsərlərini tamaşaçıların daha böyük maraq və diqqətinə səbəb olduqları üçün ümumilikdə teatrın ən sevilən tamaşaları sırasına daxil etmək olar.

Bu əsərlərin nümayişi zamanı tamaşa salonunda boş yerlərin olmaması deyilənlərə əyani sübutdur. Eyni zamanda aprel ayı Musiqili Teatrda daha yeni bir tamaşanın – Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının premyerası ilə də əlamətdar oldu. Respublikanın Xalq artisti, milyonların sevimlisi, “Şöhrət” ordenli Afaq Bəşirqızının 60 illik yubileyinə həsr olunan səhnə əsəri bu ay 3 dəfə nümayiş olunmasına baxmayaraq hər dəfə böyük anşlaqla keçdi. Heç vaxt Musiqili Teatrı tək qoymayan sadiq tamaşaçılar bu sənət məbədində may ayında da bir-birindən maraqlı səhnə əsərlərini izləyə bilərlər.

Manera.az


Baxış sayı - 1 644 | Yüklənmə tarixi: 28.04.2015 17:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031