manera.az
manera.az

Bakıda ikinci "Milli Kitab Sərgisi" keçiriləcək

Bakıda ikinci "Milli Kitab Sərgisi" keçiriləcək
Bakıda İkinci Milli Kitab Sərgisi keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə “Qanun nəşriyyatı”nın direktoru Şahbaz Xuduoğlu məlumat verib.

Naşir bildirib ki, sərgi 15-21 dekabrda, Bakı İdman Sarayında baş tutacaq:

“Birinci Milli Kitab Sərgisi çox uğurlu oldu, ilk dəfə müstəqil naşirlərin və sənətkarların güc birliyi ilə ölkənin mədəni mühiti silkələndi. Musiqi, şeir, imza saatları, görüşlər, söhbətlər, diskussiyalar sərgini fövqəladə yaddaqalan etdi. Hələ də məni görən hər kəs təəssüratını bölüşür, o abu-havadan, bayramdan danışır.

Belə olan halda qərara gəldik ki, Milli Kitab Sərgisini daha geniş tərkibdə, daha zəngin proqramla yenidən təşkil edək.

İnanıram ki, İdman Sarayının 1500 kv-metrlik salonu bir həftə boyu kitab və milli sənətkalığımızın, milli mətbəximizin vəhdətinin yaratdığı nağıl havasına bürünəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31