manera.az
manera.az

Bakıda Beynəlxalq Kitab Yarmarkası başlayır...

 Bakıda Beynəlxalq Kitab  Yarmarkası başlayır...
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı ilə buradan tanış ola bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı[b][/b]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728