manera.az
manera.az

Şair Məmməd Namaz vəfat edib

📅 12.11.2021 16:11

Şair Məmməd Namaz vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Namaz vəfat edib.

Məmməd Namaz 1942-ci ildə Tovuzun Əsrik-Cırdaxan kəndində dünyaya göz açıb. 1961-ci ildən mətbuatda şeirləri ilə görünməyə başlayıb.

Azərbaycan Dövlət Universiteti Kitabxanaçılıq və Biblioqrafiya Fakültəsinə daxil olub oranın məzun olan Məmməd Namaz uzun illər Sumqayıtda kitabxana müdiri, Tovuzda kənd klubu müdiri, Gəncədə müəllimlik edib. Uşaq və gənclərdən bəhs edən şeirləri, hekayələri müntəzəm qəzet səhifələrində, almanaxlarda dərc olunub.

1984-cü ildə o, Azərbaycan Yazıçılar Birliyinə üzv olub.

Məmməd Namaz 5 şeir kitabının müəllifidir. “Yaz yağışı. 1976-cı ildə, “Kəpənək özünə gül əkir” 1979-cu ildə, “Muğanlı kosmonavt” 1982-ci ildə, “Payızda güllər kövrək olurmuş” 1984-cü ildə, “Analar kövrək olur” isə 1986-cı ildə işıq üzü görüb.

Allah rəhmət eləsin!


Baxış sayı - 5 110 | Yüklənmə tarixi: 12.11.2021 16:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031