manera.az
manera.az

Anarın Özbəkistanda romanı çap olundu - FOTO

📅 05.11.2021 17:35

Anarın Özbəkistanda romanı çap olundu - FOTO
Özbəkistanda Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə çap olunub.

Manera.az xəbər verir ki, kitab məşhur şair və tərcüməçi, mərhum Usman Kuçkar tərəfindən orijinaldan çevrilmişdi.

U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib.

O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.

U.Kuçkarın tərcüməsində Xalq şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da işıq üzü görüb. Bir neçə il bundan əvvəl çap edilən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır.

Anarın Özbəkistanda romanı çap olundu - FOTO
Anarın Özbəkistanda romanı çap olundu - FOTO


Baxış sayı - 505 | Yüklənmə tarixi: 05.11.2021 17:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031