manera.az
manera.az

Tanınmış özbək şairi vəfat edib

📅 22.09.2017 09:25

Tanınmış özbək  şairi  vəfat edib
Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar 65 yaşında dünyasını dəyişib.

U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib.

U.Kuçkarın tərcüməsində Xalq Şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da özbək oxucularına çatdırılıb.

Ötən il çap olunan “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır.

“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasının Azərbaycan ilə bağlı özbəkdilli versiyası yaradılıb. Materialların tərcüməçiləri arasında Usman Kuçkar da var.


Baxış sayı - 1 562 | Yüklənmə tarixi: 22.09.2017 09:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031