manera.az
manera.az

Altı əsr yaşı olan xalça satışa çıxarılacaq

📅 31.10.2021 14:21

Altı əsr yaşı olan xalça satışa çıxarılacaq
Çinin Min sülaləsinə aid xalça Parisdə keçiriləcək hərracda 5,4 milyon ABŞ dollarına satışa çıxarılacaq.

Manera.az xarici KİV-lərə istinadla xəbər verir ki, noyabrın 23-də Fransanın paytaxtı Parisdə keçiriləcək Christie's hərrac evində Çinin Min sülaləsinin (1368-1644) dövrünə aid olan xalça 4,8-5,4 milyon dollara satışa çıxarılacaq.

Xalçanın üzərində beş pəncəli əjdaha və onun üstündə buludlar var. Bildirilir ki, əjdahalar imperiyanın gücünü simvollaşdırır. Sözügedən xalça ilə birlikdə Min sülaləsinə aid 39 xalça və imperiya əjdahası motivli 16 xalça satışa çıxarılacaq.

Qeyd edək ki, Min sülaləsinə aid başqa bir imperator xalçası 2020-ci ildə Nyu-Yorkda Christie's hərracında 1,7 milyon dollara satılıb.


Baxış sayı - 662 | Yüklənmə tarixi: 31.10.2021 14:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031