manera.az
manera.az

Belçikalı rəssamın əsəri 22,5 milyon dollara satıldı - Foto

📅 11.07.2020 14:23

Belçikalı rəssamın əsəri 22,5 milyon dollara satıldı - Foto
Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) çəkdiyi “Zəfər tağı” (L'Arc de Triomphe) əsəri Londonun “Christie’s" hərrac evində 22,5 milyon dollara satılıb.

Manera.az xəbər verir ki, əsər 1962-ci ildə çəkilib və rəssamın ona verdiyi ada baxmayaraq rəsmdə mavi-yaşıl şabalıd yarpaqları fonunda qüdrətli bir ağac təsvir edilib.

Ağac obrazı Rene Maqrittin müharibədən sonrakı yaradıcılığında əsas motivlərdən biri olub.

Mütəxəssislər bu əsəri insanların təqlid etməyə can atdığı ahəngdarlıq zəfəri, mütləq birlik hissi, ilahi düşüncənin bütövlüyü, yalnız təbiətdə müşahidə etdiyimiz yaradılış və daimi yenilənmə prosesi kimi qiymətləndiriblər.

Belçikalı rəssamın əsəri 22,5 milyon dollara satıldı - Foto


Baxış sayı - 1 739 | Yüklənmə tarixi: 11.07.2020 14:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930