manera.az
manera.az

“Məmmədəli Sidqinin arxivinin təsviri” - YENİ NƏŞR | MANERA.AZ

📅 05.11.2015 11:13

“Məmmədəli Sidqinin arxivinin təsviri” - YENİ NƏŞR | MANERA.AZ

Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin arxivinin təsviri” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan verilən xəbərə görə, kitabda görkəmli maarifçi-pedaqoq Məmmədəli Sidqinin institutda saxlanan şəxsi arxiv materialları barədə məlumat verilir.

Qeyd edək ki, M.Sidqinin şəxsi arxivində cəmi 265 saxlama vahidi altında 800-ə qədər material vardır. Bunlar M.Sidqinin hekayə, pyes, məqalə və xatirələrinin avtoqraf nüsxələri, tərcümeyi-hal sənədləri, müxtəlif şəxslərin ona yazdığı məktublar, Məmməd Tağı Sidqiyə aid sənədlər, fotoşəkillər, çap kitabları və s. daxildir.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.


Baxış sayı - 2 229 | Yüklənmə tarixi: 05.11.2015 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031