manera.az
manera.az

3 gündə 5 tamaşa | MANERA.AZ


3 gündə 5 tamaşa  | MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, söhbət 13, 14, 15 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Emma Məlikova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Səmayə Musayeva, Ələkbər Əliyev, aktyorlar Elçin İmanov, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Elxan İsmayılov, Marina Litvinenko, Ruslan Mürsəlov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Yuliya Heydərova, Nadir Xasıyev, Gülnarə Əzizova, Elməddin Dadaşov, Nadejda Povelitsına, Fərid Rzayev və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb.

Belə ki, 13 noyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri, 15 noyabr saat 12.00-da isə R. Şəfəq və V. Ziminin “Yağış göbələyinin macərası” iki hissəli musiqili nağıl-tamaşası rus dilində təqdim olunacaq. Həmçinin 14 noyabr saat 12.00-da E. Sabitoğlu və Y. Şvartsın “Qırmızı papaq” tamaşası da uşaqlar üçün nümayiş ediləcək.
Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla başa vurmaq istəyində olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir.

Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031