manera.az
manera.az

Həftəsonu 6 tamaşa nümayiş olunacaq | MANERA.AZ

Həftəsonu 6 tamaşa nümayiş olunacaq | MANERA.AZ

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

MANERA.AZ
xəbər verir ki, söhbət 30, 31 oktyabr və 1 noyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşalarından gedir.

Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də həm balaca, həm də rusdilli tamaşaçılarını unutmayıb.

Belə ki, 30 oktyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində, 31 oktyabr saat 12.00, 14.00 və 1 noyabr 12.00-da O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” tamaşası isə uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir.

Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031