manera.az
manera.az

Həftəsonu 3 tamaşa nümayiş olunacaq - Musiqili Teatrda | MANERA.AZ

📅 08.10.2015 13:51

Həftəsonu 3 tamaşa nümayiş olunacaq - Musiqili Teatrda | MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 tamaşa nümayiş olunacaq.

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu MANERA.AZ-a bildirib ki, söhbət 9, 10, 11 oktyabr tarixlərində saat 19.00-da tamaşaçılara təqdim olunacaq “Qızıl toy” (O. Kazımi, R. Heydər), “Fransızsayağı qarnir” (M. Kamoletti) və “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov) tamaşalarından gedir.

Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Novruz Qartal, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Ruslan Mürsəlov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 10 oktyabr saat 19.00-da M. Kamolettinin “Fransızsayağı qarnir” əsəri rus dilində nümayiş olunacaq.

Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonu asudə vaxtlarını səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bu bir-birindən maraqlı olan tamaşalara baxmağa dəvət edir. Qeyd edək ki, bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.


Baxış sayı - 1 438 | Yüklənmə tarixi: 08.10.2015 13:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930