manera.az
manera.az

“Qanlı Yanvar” filmi nümayiş olunacaq

📅 17.01.2020 12:53

“Qanlı Yanvar” filmi nümayiş olunacaq
“CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.

Manera.az-a bu barədə “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Xatırladaq ki, film 1990-cı ilin 20 yanvar hadisələrindən bəhs edir.

Filmin rejissoru Vahid Mustafayevdir. Filmin çəkilişlərində təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor truppası, o cümlədən Nebahat Çehre, Len devis kimi məşhur aktyorlar, həmçinin yerli aktyorlar - Faiq Mirzəyev və Azər Aydəmir iştirak edirlər.

"Qanlı Yanvar" filmi ümumiyyətlə məhəbbət haqqındadır.

Filmdə baş rolda oynayan Mehdinin məhəbbəti nişanlısı öldürüləndən sonra Vətənə məhəbbətə keçir və o, inqilab hərəkatına başçılıq edir.

Filmdə, əsasən müstəqillik mücadiləsindən bəhs olunur.


Baxış sayı - 939 | Yüklənmə tarixi: 17.01.2020 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930