manera.az
manera.az

Pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub

📅 22.09.2021 08:15

Pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" operası nümayiş edilib.

Manera.az xəbər verir ki, səhnə əsərində əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər.

Həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nöfəl) və başqaları da səhnə əsərində çıxış ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.

Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb .

Pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub
Pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub


Baxış sayı - 561 | Yüklənmə tarixi: 22.09.2021 08:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031