manera.az
manera.az

Bakıda məşhur rus şairinə həsr olunmuş şeir gecəsi keçirilib

📅 16.09.2021 13:11

Bakıda məşhur rus şairinə həsr olunmuş şeir gecəsi keçirilib
Bakı Kitab Mərkəzində 60-cılar nəslinin görkəmli nümayəndəsi, rus şair Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş şeir gecəsi keçirilib.

Manera.az xəbər verir ki, gecə “İrana Qasımova ilə şeir klassikası” layihəsi çərçivəsində reallaşıb.

XX əsrin ən parlaq şairlərindən birinin şeirlərini Xalq yazıçısı Çingiz Abdullayev, habelə layihənin daimi iştirakçıları - mədəniyyət xadimləri, məşhur blogerlər, jurnalistlər səsləndirib.

Xatırladaq ki, layihə 2019-cu il iyunun 25-də Aleksandr Puşkinin yaradıcılığına həsr olunmuş tədbirlə başlayıb.

Bakıda məşhur rus şairinə həsr olunmuş şeir gecəsi keçirilib

Bakıda məşhur rus şairinə həsr olunmuş şeir gecəsi keçirilib


Baxış sayı - 472 | Yüklənmə tarixi: 16.09.2021 13:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930