manera.az
manera.az

Tələbə kreditlərinin verilməsinə bu aydan başlanılacaq

📅 11.09.2021 15:03

Tələbə kreditlərinin verilməsinə bu aydan başlanılacaq
Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsi prosesinə oktyabr ayında başlanılacaq.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

C.Valehov bildirib ki, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan I kurs tələbələri qeydiyyat prosesində təhsil haqqının ən azı yarısını özləri ödəməlidir: "Oktyabr ayından artıq tələbə kreditlərinin verilməsi prosesinə başlanılacaq. O zaman hər bir tələbə krediti almaq üçün müraciət edə biləcək".

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə bu il tələbələrə təhsil kreditinin veriləcəyini bildirib. O qeyd edib ki, tələbələrin qeydiyyatı başa çatdıqdan sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək.


Baxış sayı - 636 | Yüklənmə tarixi: 11.09.2021 15:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930