manera.az
manera.az

Sergey Qrabar Ukrayna Azərbaycanlıları Radasında olub

📅 20.08.2021 00:14

Sergey Qrabar Ukrayna Azərbaycanlıları Radasında olub
Ukraynanın tanınmış yazıçısı, ssenaristi, tərcüməçisi və cazmeni Sergey Qrabar Kiyevdə Ukrayna Azərbaycanlıları Radasında (RAU)olub.

Manera.az xəbər verir ki, RAU-nun Baş katibi Ceyhun Məmmədov və Aparat rəhbəri Elşad İbrahimovla keçirilən görüşdə ukraynalı ədibə Azərbaycan diasporunun yenilikləri barədə məlumat verilib.

C. Məmmədov tanınmış yazıçıya RAU həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun salamlarını çatdırıb. Diaspora yaxından əməkdaşlıq üçün təşəkkürünü bildirən Serey Qrabar xatırladıb ki, o daim Ukraynada Azərbaycan səfirliyi və diasporunun tədbirlərində yaxından iştirak edib.

Azərbaycanın Xalq yazçısı Anarın "Ağ qoç, qara qoç" əsərini ukrayncaya çevirən yazıçı Azərbaycan və Azərbaycan ədəbiyyatı haqqındakı yüksək fikirlərini bildirib. Əsərin ana xəttini təşkil edən “milli birlik” ideyasının bu gün üçün həm də Ukrayna üçün önəmini vurğulayıb.

Ədib qeyd edib ki, daim Azərbaycan həqiqətlərinin yanındadır: “Azərbaycanı təbrik edirm ki, nəhayət öz torpaqlarını işğaldan azad etdi. Əminik ki, tezliklə Ukrayna da torpaqlarını azad edib ərazi bütünlüyünü bərpa edəcək”.

Görüşdə nostaljik anlar da yaşanıb. Beləki Radanın kitabxabasında “Ukrayna-Azərbaycan; Xronika 2000” kitabını görən Qrabar çox duyğulanıb. Kitapda dərc olunan onun “Azərbaycan” essesi Azərbaycana və 3 dostuna həsr olunub; Rafiq Həşimov, Səlim Babullaoğlu və Ceyhun Məmmədov. “Səmimi dostluqlar əbədi davam edir” deyən yazıçı Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib!

Daha sonra Kiyevdə Ukrayna-Azərbaycan birgə yaradıcılıq gecəsinin keçirilməsi müzakirə olunub. Görüşün sonunda yazıçı-şair yeni kitablarınnı imzalayaraq Ceyhun Məmmədova və Elşad İbrahimova hədiyyə edib.


Baxış sayı - 478 | Yüklənmə tarixi: 20.08.2021 00:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031