manera.az
manera.az

Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Manera.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən səfir Elmira Axundova bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində mütəfəkkirin heykəli ucaldılacaq.
Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq
Rektor Vladimir Buqrov öz növbəsində qeyd edib ki, Nizami Gəncəvi kimi dahi mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur. Bu hadisə Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. “Ukraynada Azərbaycanın tanınmış simalarının abidələri olduğu kimi, Azərbaycanda da ölkəmizin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır”, - deyə rektor vurğulayıb.

Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə heykəl ətrafında xüsusi fəvvarənin salınacağını, oraya gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin görüləcəyini qeyd edib.

Sonda Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişinin yenidən imzalanması, azərbaycanlı tələbələrin Ukraynada təhsili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31