manera.az
manera.az

Anarın “Göz muncuğu” Varşavada MANERA.AZ

Anarın “Göz muncuğu” Varşavada  MANERA.AZ

Azərbaycanın Polşadakı səfirliyində Xalq Yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimatı keçirilib.

MANERA.AZ-ın məlumata görə, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diasporunun nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Xalq Yazıçısı Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib. Səfir xüsusi olaraq qeyd edib ki, Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb. Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub tanış olmaq imkanları var.

H.Həsənov Polşa oxucusuna təqdim olunan “Göz muncuğu” kitabının da ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını deyib.

Daha sonra çıxış edən kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimova qonaqlara kitab haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031