manera.az
manera.az

Azərbaycanı "Avroviziya” uşaq mahnı müsabiqəsində bu şəxs təmsil edəcək

📅 19.08.2021 09:59

Azərbaycanı "Avroviziya” uşaq mahnı müsabiqəsində bu şəxs təmsil edəcək
Bu ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək “Junior Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

Bu barədə Manera.az-a İctimai Televiziyanın (İTV) Mətbuat katibi Aynurə Asimqızı bildirib.

Güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşmışdı.

Şuarı “Imagine!” (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır.

Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.


Baxış sayı - 496 | Yüklənmə tarixi: 19.08.2021 09:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031