manera.az
manera.az

Azərbaycan “Avroviziya-2018” uşaq mahnı müsabiqəsinə qatılacaq

📅 28.07.2018 11:12

Azərbaycan “Avroviziya-2018” uşaq mahnı müsabiqəsinə qatılacaq
Azərbaycan qısa fasilədən sonra yenidən “Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.

MANERA.AZ xəbər verir ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb.

Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.

Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.


Baxış sayı - 1 255 | Yüklənmə tarixi: 28.07.2018 11:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930