Professor Yəhya Kərimov vəfat etdi
![]()
Azərbaycanda ilk "Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Şəfi oğlu Kərimov vəfat edib.
Manera.az xəbər verir ki, Y.Kərimov 94 yaşında dünyasını dəyişib.
Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən “Savad təlimi”, “İbtidai siniflərdə inşalar”, “Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri”, “Əlifba dərsliyinin tətbiqi prinsipləri”, “Uşaq məktəbə gedir”, “Ana dilinin tədrisi metodikası” və s. monoqrafiyaların müəllifidir.
1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olub. 1963-cü ildən “Əlifba” dərsliyinin müəllifidir.
Hazırda onun tərtib etdiyi altı dərslik və beş dərs vəsaitindən istifadə olunur.
Mərhum bu gün Qaxda dəfn olunacaq.
Allah rəhmət eləsin!