manera.az
manera.az

Professor Hüseyn Həşimli vəfat etdi

Professor Hüseyn Həşimli vəfat etdi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli dünyasını dəyişib.

Manera.az xəbər verir ki, tanınmış alim 55 yaşında koronavirusdan vəfat edib.

Hüseyn Həşimli 1998-ci ildə "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə edib.

Professor Hüseyn Həşimli "Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi"(1990),"XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar" (2002), "Azərbaycan poeziyasında sonet və terset" (2003), "Azərbaycan mənsur şeirinin təşəkkülü" (2006), "Azerbaycan mensur şiirinin tarihi" (Ankara, [2007), "Əli Səbri" (2007), "Azərbaycan ədəbi mühiti və türk dünyası" (2009] "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri" (2009), "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" (2009), "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" (Ankara. 2009) , " Азербайджанское стихотворение в прозе" (Москва. 2011). "Пути развития Азербайджанского стихотворения в прозе" (Севастополь. 2011) , "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" (2012), "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" (2012), "Səid Səlmasi" (2013), "Məmmədəli Sidqi və "Şeypur" jurnalı" (2014), "İzzəddin Həsənoğlunun ədəbi irsi" (2016) və s. kitabların müəllifidir.

"Yeni füyuzat" və "Şeypur" jurnallarının bütün saylarını toplayaraq müasir əlifba ilə çap etdirmişdi. 2009-cu ildə Türkiyədə "Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü"nə layiq görülüb.

Qeyd edək ki, H.Həşimli AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031