manera.az
manera.az

75-ci Kann Film Festivalının vaxtı müəyyənləşdi

📅 22.07.2021 07:33

75-ci Kann Film Festivalının vaxtı müəyyənləşdi
75-ci Kann Film Festivalı 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.

Manera.az xəbər verir ki, bu haqda festivalın tviter hesabında məlumat verilib.

Qeyd edək ki, 74-cü Kann Film Festivalının “Qızıl Palma” mükafatına 37 yaşlı fransız rejissor və ssenaristi Culia Dükurnonun “Titan” filmi layiq görülüb.

O, 28 ildən sonra yeni zelandiyalı Ceyn Kamyondan (Jane Campion) sonra bu mükafatı qazanan 2-ci qadın rejissordur.

Ceyn Kampyon bu mükafata “Pianino dərsi” filminə görə layiq görülmüşdür. 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edib.


Baxış sayı - 525 | Yüklənmə tarixi: 22.07.2021 07:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031