manera.az
manera.az

Kann Festivalının qalibləri bəlli oldu

📅 19.07.2021 16:38

Kann Festivalının qalibləri bəlli oldu
74-cü Beynəlxalq Kann Festivalının qalibləri bəlli olub.

Manera.az xəbər verir ki, festivalın ən nüfuzlu mükafatı olan “Qızıl Palma Budağı”nı fransız rejissor Julia Dukornonun "Titan" filmi qazanıb.

Leos Karaks "Annett" muziklinə görə ən yaxşı rejissor, Rusuke Xamaquti "Mənim maşınımın sükanı arxasına keç" filminə görə ən yaxşı ssenarist seçilib.

Qran-pri mükafatına isə finlandiyalı rejissor Yuxo Kuosmanenin "6 nömrəli kupe" və iranlı rejissor Əsgər Fərhadinin "Qəhraman" filmləri layiq görülüb

Xatırladaq ki, 7 iyulda başlayan Kann Film Festivalının əsas proqramında 24 film nümayiş olunub.


Baxış sayı - 550 | Yüklənmə tarixi: 19.07.2021 16:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930