manera.az
manera.az

74-cü Kann Film Festivalı başladı

74-cü Kann Film Festivalı başladı
COVİD-19 pandemiyası ilə bağlı yaranmış iki illik fasilədən sonra Fransada 74-cü Kann Film Festivalı başlayıb.

Manera.az xəbər verir ki, 24 filmin iştirak etdiyi əsas müsabiqədə qalibi başında rejissor Spayk Linin olduğu münsiflər heyəti seçəcək.

İyulun 17-nə qədər davam edəcək festivalda Hollivud ulduzlarından Matt Damon, Nikol Kidman, Şon Penn ve Timothee Chalametiin qoşulması gözlənilir.

Qaliblərin adı 16 iyulda açıqlanacaq.

Xatırladaq ki, festivalın favoritləri arasında italiyalı Nanni Morettinin yeni filmi "Tre Piani", fransız Jacques Audiardın "Les Olimpiades" və taylandlı rejissor Apichatponq Virasethakulun ilk ingilizcə filmi "Memoria" filmləri vardır.

Məlumat üçün bildirək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı "Qızıl Palma Budağı"dır. Lakin sonralar may ayında keçirilməyə başladı. Bundan başqa, "Qran-pri", "Qızıl Kamera" mükafatları da həmin festivalın mükafatları sırasındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31