manera.az
manera.az

Rusiyalı xoreoqraf Bakıda ustad dərsləri keçəcək

Rusiyalı xoreoqraf Bakıda ustad dərsləri keçəcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, o, iyunun 8-dən 17-nə kimi ustad dərsləri keçirəcək.

E. Əliyev eyni zamanda gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə teatrın balet truppası və truppanın solistləri ilə tanış olacaq.

Qeyd edək ki, Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olub.

"Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka","Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. 1992-ci ildən ABŞ-da çalışır. 2015-ci ildən E.Əliyev Primorsk Opera və Balet Teatrının baş baletmeysteri, 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir.

2021-ci ildə Rusiya Prezidenti V.Putinin sərəncamı ilə E.Əliyev "Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görüb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728