manera.az
manera.az

Rus baletinin əfsanəsi Bakıya gəlir

📅 17.09.2018 19:02

Rus baletinin əfsanəsi Bakıya gəlir
Rusiyanın tanınmış balet mütəxəssisi, Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, oktyabrın 1-dən 31-dək Bakıya dəvət olunan rusiyalı sənətkar balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşaları ilə bağlı ustad dərsləri keçəcək.

Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində “Qu gölü”, “Yatmış gözəl”, “Jizel”, “Raymonda”, “Korsar”, “Şopeniana”, “Don Kixot”, “İvan Qroznı”, “Spartak”, “Karmen-süita”, “Qızıl əsr”, “Romeo və Cülyetta”, “Anyuta”, “Parisdə sonuncu tango” və digər baletlərdə çıxış edib. O, karyerası boyu keçmiş SSRİ-nin ən tanınmış görkəmli pedaqoq və baletmeysterlərlə birlikdə çalışıb.


Baxış sayı - 1 079 | Yüklənmə tarixi: 17.09.2018 19:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031