manera.az
manera.az

Rəşad Məcidin gürcü dilində şeir kitabı nəşr edildi - FOTO

📅 26.05.2021 11:11

Rəşad Məcidin gürcü dilində şeir kitabı nəşr edildi - FOTO
Şair-publisist Rəşad Məcidin gürcü dilində şeirlər toplusu işıq üzü görüb.

Manera.az xəbər verir ki, "İverion" nəşriyyatında çap edilən kitab "Tbilisi yağışı" adlanır.

Kitabı orijinaldan gürcü dilinə tanınmış azərbaycanlı yazar-tərcüməçi İmir Məmmədli çevirib.

İmir Məmmədli həm də kitabın ön söz müəllifidir. O, R.Məcidi gürcüdilli oxuculara belə təqdim edir:

“Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, nasir və publisist Rəşad Məcid çoxlu kitab müəllifidir. Onun şeirləri və hekayələri dünyanın bir çox dilinə tərcümə edilib. Bu əsərlərdə əsas cəhət yeni deyim tərzi və müasir aləmin nəbzinə uyğun intonasiyadır...”

Xatırladaq ki, “Tbilisi yağışı” müəllifin xaricdə (İtaliya, Turkiyə, Gürcüstan) çıxan üçüncü kitabıdır. Ümumilikdə isə 10-dan çox şeir kitabı nəşr edilib. /kulis.az/

Rəşad Məcidin gürcü dilində şeir kitabı nəşr edildi - FOTO


Baxış sayı - 947 | Yüklənmə tarixi: 26.05.2021 11:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930