manera.az
manera.az

Nizami günəşlə yanaşı durub - Yuri Kuznetsov

Nizami günəşlə yanaşı durub - Yuri Kuznetsov

MANERA.az tanınmış şair, tərcüməçi Qoca Xalidin "Mən də cığır açdım" kitabından tərcümələr təqdim edir:


Nizaminin kölgəsi

-Ucalıb göylərin yeddi qatına,
Möhtəşəm heykəli göyləri dəlib.
Ulu Nizaminin ziyaratına,
Bütün yer üzündən şairlər gəlib.

Hamı heyrətindən duruxub, çaşıb,
Hamı heyrətindən xəyala dalıb.
Yerdə - Nizaminin qəbrinin daşı,
Yerdə - Nizaminin kölgəsi qalıb.

Mən də ziyarata gələnin biri,
Onlardan biriyəm elə mən özüm.
Mənim də heyrətdən tutulub dilim,
Mənim də heyrətdən qamaşır gözüm.

Haçan Nizamini öysə qələmim,
Çoxları hirslənib dizinə döyüb.
Moska-dalımca deyinib mənim,
Rusiya elə hey dalımca söyüb.

Baxdıqca od tutub alışan yerə,
Qəlbimə qorxunun ləkəsi düşür.
Şairlər istidən qaynaşan yerə,
Birdən Nizaminin kölgəsi düşür.

Bu boyda kölgəyə dünya yerləşər,
Cılız kölgəmizdən sarsılırıq biz.
Nizami qəlbini açır günəşə,
Onun kölgəsinə qısılırıq biz.

Baxır maddım-maddım boynunu burub,
Hamı fağırlaşır söz ölkəsində.
Nizami günəşlə yanaşı durub,
Hamını gizləyir öz kölgəsində.
(Yuri Kuznetsov)

Əl

Qızıma

Bir söz üstə qırğı kimi büzüşüb
İzi qalıb kağızların yadında.
Baxma, indi yerdən-göydən üzülüb:
Böyümüsən sən əlimin altında.

Dönə-dönə sığallayıb üzünü-
Min yol silib gözlərinin yaşını,
Amma bir gün tanıyarsan özünü,
Əlim onda kəsə bilməz qarşını

Dada-dada sevincindən, qəmindən,
Duyacaqsan dünyanın da dadını.
Çıxmağına çıxacaqsan əlimdən-
Amma heç vaxt danmmazsan adımı.

Bir gün ölləm, illər keçər aradan;
Göz yaşların yanağında quruyar.
Onda səni gələn qada-baladan
Ta əlim yox, quru adım qoruyar.
(Yuri Kuznetsov)



***
Gəlir xəyalıma o uzaq illər,
Çaylara boylanan körpə zəmilər.
Ötdükcə yanımdan nəhəng gəmilər
Sinəmdə arzular aşıb-daşırdı…
Hələ baş açımırdım bu dünyadan mən;
Hələ yaşamağa hazırlaşırdım.

Getdikcə yoxuşa dirənir yollar…
Di gəl ki uşaqtək hərdən çaşıram:
Elə bil, qabaqda bir ömrüm də var-
Yenə yaşamağa hazırlaşıram.
(Vasiki Kazantsev)



***
Buz kimi zülməti salıbdır atdan-
Parlaq sifətində əzəmət, qürur…
Amma yapışmayıb kometdən-zaddan:
O ulduz boşluqda bəs necə durur?!

Yox! Yoxdu halına yanan, ağlayan…
Di gəl ki
Yenə də
Məğrurdur,
Şuxdur!

…Bircə o ulduzu orda saxlayan
Köksündə
Alışıb
Yanan işıqdır!
(Vasiki Kazantsev)



***
Bax, bu doğma yerlər!-
Mənim qulaq dincliyim…
Görən, düzmü deyirlər
İtib-batdı gəncliyim?!

Dolaşaraq bayaqdan
Yaşıl bağlar boyunca,-
Yarpaqların səsini
Dinləyirəm doyunca.

Əldən-ayaqdan uzaq
Bu qənirsiz guşədə-
Mənim gəncliyim haqda
Pıçıldayır meşə də…

Eşitdim dogma səsi-
Gül-çiçəklər ardından…
Yox! Mən burda heç kəsin-
Çıxmamışam yadından!!!
(Anatoli Peredreyev)

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930