manera.az
manera.az

Madrid Kral Teatrı opera olimpinə yüksəlib

📅 11.05.2021 12:06

Madrid Kral Teatrı opera olimpinə yüksəlib
Madrid Kral Teatrı (El Teatro Real de Madrid) yenidən qurulandan iyirmi dörd il sonra 2019-cu ildə dünyada ən yaxşı opera teatrı kimi “International Opera Awards” mükafatına layiq görülüb. Mükafatın belə gec təqdim edilməsi koronavirus pandemiyası ilə bağlıdır.

Manera.az xəbər verir ki, “International Opera Awards” mükafatının təqdim edilməsi mərasimi mayın 10-da Londonda virtual qala-gecədə baş tutub və internetdə birbaşa yayımlanıb. Beləliklə, bir adı da Madrid Kolizeyi olan Madrid Kral Teatrı Nyu-Yorkdakı Metropoliten-opera, Milandakı La Skala və Londondakı Kovent-Qarden kimi məşhur teatrlarla yanaşı opera olimpinə yüksəlib.

Madrid Kral Teatrının bədii rəhbəri Joaan Mataboş öz videomüraciətində bu yüksək qiymətə görə təşəkkürünü bildirərək qeyd edib ki, teatrın kollektivi həqiqətən mürəkkəb COVID-19 pandemiyası şəraitində işləyib. J.Mataboş əmindir ki, “International Opera Awards” müsabiqəsində qələbə iki mühüm amil sayəsində mümkün olub: hər bir teatr mövsümündə çoxsaylı yeni tamaşalar və beynəlxalq prodüserlik fəaliyyəti.

“International Opera Awards” mükafatı 2012-ci ildə ingiltərəli biznesmen və opera sənətinin pərəstişkarı Harri Hayman və “Opera Magazine” nəşrinin redaktoru, “The Sunday Telegraph”ın musiqi tənqidçisi, hazırda münsiflər heyətinin rəhbəri olan Con Ellison tərəfindən təsis edilib.


Baxış sayı - 534 | Yüklənmə tarixi: 11.05.2021 12:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031