Opera və Balet Teatrı tamaşalarını onlayn təqdim edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək.
Mədəniyyət Nazirliyindən Manera.az-a bildirilib ki, bu məqsədlə teatrın virtual repertuarı tərtib edilib.
Belə ki, sentyabrın 23-də M.Maqomayevin “Şah İsmayıl” operası, sentyabrın 26-da V.A.Motsartın “Hamı belə edir” operası, 27-də N.Əliverdibəyovun “Cırtdan” uşaq operası və sentyabrın 30-da Q.Qarayevin “Yeddi gözəl” baletinin tamaşaları nümayiş olunacaq.