manera.az
manera.az

Qısametrajlı film müsabiqəsinin qalibləri açıqlandı - Siyahı

📅 30.04.2021 13:16

Qısametrajlı film müsabiqəsinin qalibləri açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibləri elan olunub.

Nazirlikdən Manera.az-a verilən məlumata görə, müsabiqədə 11 layihə qalib gəlib.

Qeyd edək ki, qaliblər Dövlət Film Fondunda keçirilmiş Pitçinqdə müəyyən edilib.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib.

Qalib gələn layihələr aşağıdakılardır:

Bədii filmlər

“Tanrının nəbzi”
“İkinci planetin qırmızı rəngi”
“Arxa cəbhə”
“İki gün”
“Hasar”

Sənədli filmlər

“Fulya”
“Müharibənin uşaqları”
“Çin olan gizlinlər”
“Evimin səsi”

Animasiya filmləri

“Qarabağ nağılı”
“Tarix”


Baxış sayı - 590 | Yüklənmə tarixi: 30.04.2021 13:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031