manera.az
manera.az

"Böyük Qayıdış" film müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb

📅 20.04.2021 05:50

"Böyük Qayıdış" film müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin bədii seçim mərhələsi başa çatıb.

Mədəniyyət Nazirliyindən Manera.az-a bildirilib ki, müsabiqənin bu mərhələsində iştirak edən layihələrdən bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfində seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib.

Bədii filmlər

“Qələbə bizimdir”
“Tanrının nəbzi”
“Mənəm, Yusif”
“Vətən aslanları”
“İkinci planetin qırmızı rəngi”
“Çamadan”
“Arxa cəbhə”
“Evə dönüş”
“Ağdam”
“İki gün”
“Hasar”
“Qayıdış”

Sənədli filmlər

“General” (Mais Bərxudarov)
“Fulya”
“Müharibənin uşaqları”
“Torpaq və Su”
“Çin olan gizlinlər”
“Evimin səsi”
“Güzgü”
“Ceyranın səyahəti”

Animasiya filmləri

“Qarabağ nağılı”
“Tarix”
“Qayıtmışam”
“Toxum”
“Toxumun qayıdışı”
“Həyat davam edir”

Qəbul olunmuş layihələrdən 1-i televiziya kanalı, 6-sı dövlət studiyaları, 19-u isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim olunub.

Müsabiqənin Pitçinq mərhələsi aprelin sonunadək baş tutacaq və proses canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. Aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Qeyd edək ki, Pitçinq mərhələsinin həyata keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.


Baxış sayı - 629 | Yüklənmə tarixi: 20.04.2021 05:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930