manera.az
manera.az

Tağıyevdən bəhs edən film Britaniya festivalında...

📅 20.04.2021 12:30

Tağıyevdən bəhs edən film Britaniya festivalında...
Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Böyük Britaniya “Ramsgate International Film & TV” film festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 20-də beynəlxalq festivalda ölkəmizi təmsil edəcək.

Manera.az xəbər verir ki, bu barədəfilmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.

C.Qasımov deyib ki, Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmi artıq Avropadan, ABŞ-dan 14 mükafat alıb.

“Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır”.

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.


Baxış sayı - 548 | Yüklənmə tarixi: 20.04.2021 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930