manera.az
manera.az

Filmimiz beynəlxalq festivalda uğur qazandı

📅 03.11.2020 13:42

Filmimiz beynəlxalq festivalda uğur qazandı
Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Lissabonda “Heritales International Heritage” Film Festivalının finalçı sertifikatına layiq görülüb.

Manera.az xəbər verir ki, ekran əsəri festivalda, həmçinin Lissabondakı Lusofona Universitetində nümayiş olunub. Bu festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması, mədəni irs tarixi mövzusunda çəkilmiş filmlər qəbul edilir.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.

Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin hacıya böyük hörmətindən, hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Filmdə Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.


Baxış sayı - 712 | Yüklənmə tarixi: 03.11.2020 13:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930