manera.az
manera.az

Filmimiz beynəlxalq festivala vəsiqə qazandı

📅 25.12.2020 10:27

Filmimiz beynəlxalq festivala vəsiqə qazandı
Hacı Zeynalabdin Tağıyev haqqında sənədli film İtaliyanın Ostia beynəlxalq film festivalında yarım finala vəsiqə qazanıb.

Manera.az xəbər verir ki, film 2021-ci ildə böyük ekranda nümayiş olunacaq, finala vəsiqə qazanarsa SMG distribüteri ilə dünya miqyasında müqavilə imzalanacaq.

Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.

Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır.

Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.


Baxış sayı - 612 | Yüklənmə tarixi: 25.12.2020 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930