manera.az
manera.az

Bu ölkədə senzura ləğv edildi

📅 08.04.2021 10:12

Bu ölkədə senzura ləğv edildi
İtaliyada kino sahəsində 1914-cü ildən tətbiq olunan senzura haqqında qanun ləğv edilib.

Manera.az-ın “The Gardian”a istinadən verdiyi xəbərə görə, bu, İtaliyanın mədəniyyət naziri Dario Françeskininin qərarı ilə baş tutub.

Nazir yüz ildən çoxdur kino sahəsində yaradıcılıq azadlıqlarını məhdudlaşdıran bir sıra qaydaları ləğv edib.

Qeyd olunur ki, bu illər ərzində İtaliyanın 274, ABŞ-ın 130, digər ölkələrin isə 321 filmi müxtəlif cür məhdudlaşdırmalara məruz qalıb. Senzuraya məruz qalan ən məşhur ekran işi isə Bernardo Bertoluççinin “Parisdə son tanqo” filmidir. Onun bütün nüsxələri məhv edilib.

“Dövlətə yaradıcı adamların azadlıqlarına qarışmağa imkan verən sistem artıq tamamilə dayandırılırb”, - deyə nazir Dario Françeskini bildirib.

Mədəniyyət Nazirliyi filmlərin təsnifatı ilə bağlı yeni xüsusi komissiyanın yaradılmasını planlaşdırır. Komissiya filmlərin müəyyən edilmiş yaş qruplarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək. Komissiyaya təkcə kino mütəxəssisləri deyil, pedaqoqlar, psixoloqlar, valideyn assosiasiyalarının və heyvanları müdafiə təşkilatlarının nümayəndələri də daxil olacaq.

Senzura haqqında qanunun ləğvindən sonra filmlərə prokat üçün qadağa qoyula bilməyəcək. /apa.az/


Baxış sayı - 562 | Yüklənmə tarixi: 08.04.2021 10:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031