Əfsanəvi partizan haqqında sənədli film çəkilir

İkinci Dünya müharibəsi dövründə Fransa antifaşist Müqavimət hərəkatının nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında "Salnaməfilm" kinostudiyası sənədli film çəkir.
Bu barədə filmin rejissoru Tahir Əliyev məlumat verib.
O, bildirib ki, filmin çəkilişləri Quba, Xaçmaz, Şəki, Fransanın Rodez və Montaban bölgələrində olacaq.
Film sırf arxiv və sənədlər üzərində qurulmuş bioqrafik filmdir.
Filmdə Əhmədiyyə Cəbrayılovun obrazını Abdulla Şaiq adına Dövlət Kukla teatrının baş rəssamı, fəxri mədəniyyət işçisi İqbal Əliyev canlandırır.
Filmin operatoru Rafiq Əliyev, məsləhətçi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.