manera.az
manera.az

İlin ən yaxşı musiqiçiləri seçildi

📅 02.05.2019 16:51

İlin ən yaxşı musiqiçiləri seçildi
Billboard Music Awards mükafatlarının təqdimetmə mərasimində ilin ən yaxşı musiqiçiləri elan edilib.

Musiqiçilərin tam siyahısı ABŞ-ın “Billboard” jurnalının saytında yerləşdirilib.

“Ən yaxşı artist” kateqoriyasında laureat kanadalı reper və prodüser Drake (Obri Dreyk Qrem) olub. Bu kateqoriyada qələbə uğrunda hip-hop-müğənni Cardi B, pop-ifaçı Ariana Qrande, reper Post Malone və trep-ifaçı Travis Scott da mübarizə aparırdılar.

Drake, həmçinin “Ən yaxşı müğənni”, “Ən yaxşı rep-ifaçı”, “Radioda ən yaxşı artist”, “Ən çox satılan musiqiçi” və daha bir neçə digər nominasiyanın qalibi seçilib. Ariana Qrande “Ən yaxşı qadın müğənni”, reper Juice WRLD (Cared Higgins) “Ən yaxşı yeni artist” elan olunub. “Ən yaxşı rok-ifaçı” nominasiyasında mükafatı Amerikanın Imagine Dragons qrupu alıb.

MANERA.AZ


Baxış sayı - 1 045 | Yüklənmə tarixi: 02.05.2019 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031