manera.az
manera.az

Moskvada Nizami sərgisi açılıb - Fotolar

Moskvada Nizami sərgisi açılıb - Fotolar
Moskvada “Şərq Muzeyi”ndə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş “Nizaminin süjetləri və obrazları” adlı sərgi açılıb.

Manera.az xəbər verir ki, sərgidə Nizami yaradıcılığının təsviri sənətə təsirini göstərmiş və göstərməyə davam edən əlyazmalar, miniatürlər, qrafika və rəsm əsərləri, eləcə də məişət əşyaları nümayiş etdirilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda bütün nəsillərin Nizaminin xatirəsinə və yaradıcılığına böyük diqqət və sevgi ilə yanaşdığını bildirib.

“Şərq” muzeyinin direktoru Aleksandr Sedov çıxışında bildirib ki, sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur. Rusiyanın bir çox məşhur muzeylərinin, o cümlədən Dövlət Ermitajının sərginin təşkilinə cəlb olunması unikal haldır.

Layihə Heydər Əliyev Fondu, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyi və Rusiyada yerləşən digər incəsənət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.

Muzeyə gələn qonaqlar həmçinin XIV-XIX əsrlərə aid bənzərsiz Azərbaycan miniatürlərini, XVII-XIX əsrlərin dekorativ-tətbiqi sənətini və xalçalarını, XX əsrin birinci yarısının qrafika və dəzgah rəsmlərini, həmçinin Moskvadakı ictimai və şəxsi kolleksiyalardan olan əlyazmaları görə biləcəklər.

Ümumilikdə sərgi 57 muzey əşyasını bir araya gətirib.

Sərgi 11 mart - 3 may tarixlərində ziyarətçilər üçün açıq olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami ili" elan olunub.

Moskvada Nizami sərgisi açılıb - Fotolar
Moskvada Nizami sərgisi açılıb - Fotolar
Moskvada Nizami sərgisi açılıb - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930