manera.az
manera.az

Nizami Gəncəvi ilə bağlı sosial layihə | MANERA.AZ

Nizami Gəncəvi ilə bağlı sosial layihə | MANERA.AZ


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük Azərbaycan şairi Nizami Gəncəvinin qlobal etik dəyərlərinin dünyada təbliği məqsədilə və təşkilatın yaradılmasının üç illiyi münasibətilə yeni sosial layihəyə start verib. Bu barədə Mərkəzdən məlumat verilib.


Layihədə dünyanın bir sıra tanınmış siyasətçiləri iştirak edir. Onların arasında Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Lativiyanın keçmiş Prezidenti Vayra-Vike Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru Dr İsmayıl Serageldin, Ərəb Liqasının sabiq Baş katibi Amr Musa, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Polşanın eks-prezidenti Aleksandr Kvasnevski, Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyannis, Xorvatiyaya rəhbərlik etmiş Stefan Mesiç və İvo Yosipoviç var.

Aksiya çərçivəsində siyasətçilərin əllərində “Danışıqlar yolu ilə sülhə nail olaq!”, “Mədəniyyətlərin müxtəlifiliyinə hörmət edək!” kimi sülhə, barışa, tolerantlığa çağıran şüarlarla çəkilmiş fotoşəkilləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın əldə edilməsində Nizami Gəncəvi ideyalarının daha geniş miqyasda dünyaya təbliğ olunması məqsədilə yaradılan eyni adlı Beynəlxalq Mərkəzin təsis olunmasının üçüncü ili tamam olacaq.

Qısa müddət ərzində sıralarındakı sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin sayına görə dünyada ikinci böyük mərkəzinə çevrilən təşkilat Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda üç Qlobal Forum, 20-dən artıq ölkədə isə müxtəlif beynəlxalq toplantılar təşkil edib. Mərkəzin toplantılarında 100-dən çox indiki və sabiq Prezident və Baş Nazirlər, 600-ə yaxın isə beynəlxalq nüfuzlu siyasətçilər, nobel mükafatçıları, ictimai xadimlər, hökumət və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031