manera.az
manera.az

Nizami Gəncəvi yaradıcılığının izləri | MANERA.AZ

Nizami Gəncəvi yaradıcılığının izləri | MANERA.AZ

Cuzeppe Verdidən sonra İtaliyan operasının ən böyük nümayəndəsi sayılan dahi bəstəkar Cakoma Puççininin “Turandot” operası müəllifin ən məşhur və ardıcıl səhnələşdirilən əsərlərindən biridir. “Turandot” operasında Şahzadə Kalafın səsləndirdiyi “Nessun Dorma” ariyasını, onun Çin Şahzadəsi Turandotun ürəyini fəth edəcəyinə dair verdiyi sözləri opera haqqında səthi məlumatı olan hər kəs ilk akkordlardan tanıya bilər. Lakin əsərdəki süjetin mənbəyi haqqında məlumatlı çox az insan var.

Ümumi təsəvvür belədir ki, Puççini Şilleri oxuyarkən bu hekayə ilə tanış olur və öz kitabşünaslarından hekayə üzərində işləməyi xahiş edir. Lakin Adami və Simoni daha qədim mənbəyə - Karlo Gozzinin “Turandot” pyesinə istinad edirlər. Gozzi süjeti ya Fransua Petit De La Kruanın “Min bir gün” əsərindən, ya da bu süjetin Alan Rene Lesacın yaradıcılığında rast gəlinən versiyasından götürüb. Heç kim bilmir ki, əsərin mənşəyi XII əsr şairi Nizami Gəncəvi (1141-1209) və onun “Həft Peykar” – “Yeddi gözəl” poemasına gedib çıxır.

Şair və filosof Nizami Gəncəvi yaradıcılığının Yaxın Şərq, Qafqaz və Orta Asiya ədəbiyyatında təsiri hələ də hiss olunmaqdadır. Bütün bunlara baxmayaraq, Qərbdə Nizami yaradıcılığı haqqında məlumat akademik dairələr xaricində kifayət qədər yayılmayıb.

“Turandot” operası üçün ilkin mənbə sayılan “Yeddi gözəl” poeması daha böyük əhəmiyyətə malik olan mistik və simvolik bir əsərdir. Əsər Bizansdan Hindistana qədər uzanan coğrafiyada yerləşən müxtəlif ölkələrdən olan yeddi şahzadə ilə evlənmiş Sasani fars imperatoru 5-ci Bəhramın romantik bioqrafiyasını əks etdirir. Əsərdə müxtəlif süjet xətləri fərqli şəkillərdə inkişaf edərək maraqlı bir mühitin və intriqanın yaranmasına səbəb olur. Əsər ağdan qaraya olmaqla özündə 7 rəngi cəmləşdirməklə, günahkar hisslərdən məsumiyyətə doğru təkamül edən məhəbbət və eşq haqqında olan hekayələr toplusudur.

“Yeddi gözəl”də qeyd olunan qırmızı rəngin hekayəsi ilə Puççininin “Turandot” operası arasındakı əlaqə kifayət qədər araşdırılmayıb. Turin Universitetinin müqayisəli ədəbiyyat bölməsinin professoru, Dr. Maria Teresa Giaveri və Kembric Universitetinin tanınmış Nizamişünas alimi Dr. Kristin van Ruymbek kimi mütəxəssislər şairin dəyərli irsinin gələcəkdə daha geniş şəkildə araşdırılıb tədqiq ediləcəyinə inanırlar.

İtalyan bəstəkarı Lorenzo Ferrero “Turandot” operasındakı süjet xəttinin mənbəyinin kitabşünaslara bəlli olmadığını və bununla da Nizami irsinin izlərinin geniş dairələrdə bilinməməsi fikri ilə razılaşır. O qeyd edir ki, yeganə çıxış yolu alimlər tərəfindən şərq şairlərinə və onların mədəni irsinə olan böyük maraq formalaşdırmaqdır. La Skalanın Expo-2015 açılış mərasimində Turandot rolunu canlandıran Soprano Nina Stemme Nizami yaradıcılığı ilə tanışlıq təcrübəsini bölüşərkən bildirir ki, mən əsərin qaynağının şərq mədəniyyəti olduğunu anladım, lakin işin kökünə gedə bilmək imkanım olmadı. ...Puççini ölkə olaraq Çini seçib, lakin əsərdə fars şahzadəsi var və Calaf tatar əsillidir. Puççini ideyanı mənimsəyib, inkişaf etdirib və onu öz əsərində görmək istədiyi şəkildə təqdim edib.

Aşağıdakı qısametrajlı animasiya filmi Nizami Gəncəvi - Cakoma Puççini yaradıcılığının əlaqəsini, dünyanın fərqli yerlərində məskən salmış xalqlar arasında olan bu mədəni mübadilə hekayəsini canlandırır. Video Əsli Səmədovanın “Milli İrsimiz” adlı layihəsinin bir hissəsidir və Azərbaycan Tələbə Şəbəkəsi ilə birgə istehsal edilib. Layihə mədəniyyətimiz haqqında beynəlxalq və yerli səviyyədə maarifləndirilmə işlərinin aparılması və daha çox insanın tarixi ədəbi-mədəni keçmişimiz haqqında məlumatlandırılması məqsədi daşıyır./AzərTAC






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930