manera.az
manera.az

Xalça Muzeyində Nizami yaradıcılığından mühazirə deyiləcək

📅 08.02.2021 08:19

Xalça Muzeyində Nizami yaradıcılığından mühazirə deyiləcək
Fevralın 12-də Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçiriləcək.

Muzeydən Manera.az-a bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən mühazirədə dahi Azərbaycan şairinin yaradıcılığında xalq təfəkkürü, şifahi poetik düşüncə və mifik məzmunlu mətnlərin geniş şəkildə yer almasından bəhs olunacaq.

Karantin qaydalarına əsasən mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, https://forms.gle/Ga8WvFfj81Er3VSJ9 linkinə daxil olmaqla öncədən qeydiyyatdan keçmək olar.

Xalça Muzeyində Nizami yaradıcılığından mühazirə deyiləcək


Baxış sayı - 572 | Yüklənmə tarixi: 08.02.2021 08:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031