manera.az
manera.az

BSU-da Zərifə Əliyeva ilə bağlı tədbir keçirilib

BSU-da Zərifə Əliyeva ilə bağlı tədbir keçirilib
BSU-nun Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrasının “Auditoriya+” layihəsi çərçivəsində, böyük oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu “Taleyi və şəxsiyyəti işıqlı bir xanım - akademik Zərifə Əliyeva” adlı mühazirəsi ilə çıxış edib.

O, Zərifə Əliyevanın qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, oftalmologiya elminə əvəzolunmaz töhfələr vermiş böyük alim kimi qiymətləndirib.

Bakı Slavyan Universitetində İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyevanın təşkilatçılığı ilə hazırlanan tədbirin davamında Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri ana haqqında şeirlər səsləndiriblər.

Sonda çıxış edən Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Naciyeva kafedra tərəfindən akademik Zərifə Əliyevaya həsr olunmuş anım tədbirlərinin hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib, tədbirin qonağı Natəvan Dəmirçioğluya və tələblərə minnətdarlığını bildirib./kult.az/

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031