manera.az
manera.az

Rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur - Rəsmi

📅 03.05.2020 14:23

Rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur - Rəsmi
Azərbaycanda 4 maydan etibarən karantin rejimi yumşaldılacaq.

Manera.az xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

İctimai nəqliyyatla sərnişindaşıma xidməti isə istisna edilib.

Növbəti mərhələdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.

Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.


Baxış sayı - 1 180 | Yüklənmə tarixi: 03.05.2020 14:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031